AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Litva Statistika Departamenti ilə təcrübə mübadiləsi məqsədilə Vilnüsdə səfərdə olmuşdur.

18.12.2015

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndə heyəti cari ilin 7-11 dekabr tarixlərində statistika sisteminin inkişafı ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədi ilə Litva Respublikasında səfərdə olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Dövlət Statistika Komitəsi aparatının rəhbəri Vahab Məmmədov, Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev, Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Toğrul Əcəlov, Komitənin Baş Hesablama Mərkəzinin Məlumat bazaları texnologiyalarının tətbiqi şöbəsinin rəisi Kamil Hümbətov və Veb texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini Elgün Xəlilzadə daxil olmuşdur.
Səfər çərçivəsində Litva statistika sisteminin mövcud vəziyyəti və aparılan islahatlar, vahid inteqrasiya edilmiş metaməlumatlar strukturunun tətbiq edilməsi, keyfiyyətin idarə edilməsi sistemi, statistik hesabatların elektron təqdim edilməsi, əhali və ev təsərrüfatlarının statistik məlumatlarının yeni üsullarla ötürülməsi, istehlak qiymətləri indeksinin hesablanması üçün məlumatların toplanması və yoxlanmasının yeni üsulları, Litva Statistika Departamentində yerli statistika orqanlarının fəaliyyəti, o cümlədən rəsmi statistika portalında elektron xidmətlərin təşkili, tikinti statistikasında müayinələrin aparılması metodları, ticarət müəssisələrində dövriyyənin struktur müayinəsi üçün tətbiq edilən yeni metodlar, energetika statistikasının təşkili, xarici və daxili ticarət üzrə mövsümilik indekslərinin hesablanması, müəssisələr registri (biznes registr), inzibati məlumatlarla statistika işlərinin təşkili, milli hesablar sistemi və statistik informasiyanın yayılması kimi aktual mövzular qarşılıqlı müzakirə edilmiş və məlumat mübadiləsi aparılmışdır.
Səfər zamanı Dövlət Statistika Komitəsinin nümayəndələri Litva Statistika Departamentinin baş direktoru xanım Vilija Lapeniene ilə görüşmüşdür. Görüşdə statistika sahəsində qurumlararası beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, üstün statistika təcrübəsinin bölüşdürülməsi, statistika işlərinin təşkili, keyfiyyətin idarə olunması, səmərəli informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Görüş zamanı xanım Lapeniene qeyd etmişdir ki, statistik məlumatların mübadiləsi, vahid struktur və keyfiyyət standartlarının tətbiqi sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın inkişafına və intensiv xarakter almasına yardımçı olacaqdır.
Tədbirdə Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən söz açılmış, statistika sistemində də milli prioritetlərə və beynəlxalq təcrübəyə əsaslanan islahatlar barədə qarşı tərəfə məlumat verilmişdir.
Səfər zamanı nümayəndə heyəti Litva Statistika Departamentinin sahə şöbələrinin və bölmələrinin rəhbərləri ilə statistika sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər, əldə edilən uğurlar, strateji hədəflər və qarşıya çıxan problemlərə dair əhəmiyyətli müzakirələr aparmışlar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim