AZ    EN
logo

Dövlət Statistika Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilmişdir

19.02.2016

Dövlət Statistika Komitəsində yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. İlk iclasda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 11 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Apellyasiya Şurası haqqında Əsasnaməsi müzakirə edilib. İclasda Katibliyin üzvü baş məsləhətçi-hüquqşünas Vüsalə Alıyeva Apellasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarının və qəbul etdiyi qərarlarına dair tələblər, həmçinin şikayətlərə dair tələblər üzrə məsələlər barədə ətraflı məlumat verib.
Bunlarla yanaşı iclasda cari fəaliyyətin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması, Apellasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatın yayılması və digər məsələlər müzakirə edilib.
İclasda Şuranın üzvlərindən Rafael Suleymanov Apellasiya Şurasının üzvlərinin hüquq və vəzifələri, şikayətin tərtib edilməsi qaydası, Qasım Əliyev Apellasiya Şurasının iclaslarının keçirilməsi qaydası, Katibliyin rəhbəri Viktoriya Muradova iclas protokollarının tərtib edilməsi ilə bağlı çıxış etmişlər.
Sonda Apellyasiya Şurasının sədri Vahab Məmmədov Şuranın səmərəli fəaliyyətin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin hərtərəfli, obyektiv və ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim