AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndələri Cenevrədə əhali və mənzil fondu siyahıyaalmalarına dair seminar və iclasda iştirak edirlər

27.09.2016

Sentyabr ayının 26-dan 30-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə “Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar və ekspertlər qrupunun iclası öz işinə başlayıb. Seminar və ekspertlər qrupunun iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və Sosial statistika şöbəsinin müdiri Elçin Hacı iştirak edirlər. Məqsəd Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən ekspert və mütəxəssislərlə əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə yeni tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar mövcud problemlərin müzakirə olunmasıdır. Ümumilikdə seminarda əhalinin siyahıyaalınmasına dair məlumatların toplanmasını dəstəkləmək üçün inzibati mənbələrin mövcudluğu və tətbiqinə baxış, əhali siyahıyaalınması üzrə texnoloji innovasiyalar, eləcə də əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə Avropa İqtisadi Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq. Ekspert qrupunun iclasında isə son əhali və mənzil fondu siyahıyaalınması zamanı ölkələrin əldə etdikləri təcrübələr və növbəti siyahıyaalma üzrə planlar ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim