AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

05.12.2016

 Dekabrın 5-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Erkan Özoralı salamlayan Tahir Budaqov onu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edərək Azərbaycandakı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Komitə sədri Azərbaycanla Türkiyə arasında mövcud olan və ortaq milli, mənəvi, tarixi, mədəni köklərə söykənən səmimi, qardaş münasibətlərindən danışaraq, Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının dillər əzbəri olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardıqları prinsipial, praqmatik siyasət nəticəsində iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, tarixi soykökə bağlılıq və etibarlı tərəfdaşlıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın dövlətlərdir.

Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz növbəsində səmimi görüşə və təbrikə görə təşəkkür edib. Səfir Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından söz açıb, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini bildirib.

Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

05.12.2016   

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim