AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən beynəlxalq tədbirlərə qatılıb

13.04.2017

10-13 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqədar statistik məsələlər üzrə ekspertlərin birinci iclası və seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov təmsil edir.

BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Statistika Şöbəsi (UNSD) və Avropa Statistikləri Konfransının (CES) birgə dəstəyi ilə təşkil edilən tədbirlərin məqsədi DİM ilə əlaqədar statistikanın təkmilləşdirilməsi prosesində ölkələr, əlaqədar beynəlxaq və regional təşkilatların qarşısında duran strateji əhəmiyyətli məsələlərin həlli yollarının tapılması, o cümlədən bu sahədə təcrübələrin öyrənilməsidir. Tədbirlər çərçivəsində DİM-in ölçülməsi sahəsində ölkələrin nail olduğu irəliləyişlər və üzləşdiyi mövcud problemlərə ümimi regional baxış keçirilir.

BMT-nin ixtisaslaşmış qurumları və müvafiq regional təşkilatların, Cənub Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika təşkilatlarının  DİM göstəricilərinin işlənməsinə məsul eksperlərinin qatıldığı tədbirlərin gündəliyinə DİM-in ölçülməsi üçün milli fəaliyyət planları və strategiyalar, regional səviyyədə   DİM-ə nail olunmasına dair statistik göstəricilər üzrə məlumatların toplanması və ötürülməsi ilə əlaqədar fəaliyyətlərin əlaqələndirlilməsi, DİM-in ölçülməsi prosesində yaranan problemlərin həllində ölkələrə dəstək, ölkələrdə DİM-in ölçülməsi sisteminin, monitorinq və hesabatlıq platformasının yaradılması, statistikanın inkişafına dair qlobal və regional fəaliyyət planlarının milli strategiyalarda nəzərə alınması və statistik potensialın gücləndirilməsi üçün zəruri ehtiyacların qiymətlərndirilməsi ilə bağlı bir sıra aktual məsələlər daxil edilib.

Üç gün davam edən tədbirlərin ayrı-ayrı sessiyalarında müxtəlif ölkə və ekspert təqdimatları keçirilir, müzakirələr aparılır.

 

13.04.2017

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim