AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

25.10.2017

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Dünya Bankının iqtisadçısı, tapşırıq qrupunun rəhbəri Moritz Meyer, Dövlət sektoru üzrə baş mütəxəssis Qreqori Kisunko, Baş iqtisadçı Alan Fuchs, Proqram üzrə assistent    Nigar  Sadıqova və Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlının iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2017-ci il tarixli 604s saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin həyata keçirilməsi üzrə hazırlıq işlərinin gedişatına dair fikir mübadiləsi aparılıb.

Dünya Bankının nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın saxələndirilməsi istqamətində ciddi addımlar atıldığını diqqətə çatdırıb. Son illər ərzində Azərbaycanda bir çox sahələrdə, xüsusi ilə qeyri-neft sektorunda əldə olunan uğurlar, Azərbaycan statistika sisteminin daha da təkmilləşdirilməsi sahəsində qazanılmış nəaliyyətlər və həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Dövlət Statistika Komitəsinin BMT-nin müvafiq qurumları, o cümlədən Dünya Bankı ilə milli statistika sisteminin inkişafı sahəsində fəal əməkdaşlıq etdiyini qeyd edib.

Dünya Bankının iqtisadçısı, tapşırıq qrupunun rəhbəri Moritz Meyer və digərləri səmimi görüşə görə mənmunluğunu ifadə ediblər. Azərbaycan Respublikasının statustika sisteminin daha da təkmişləşdiriləsi istiqamətində aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Dünya Bankı tərəfindən həyata keçiriləcək “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi” milli statistika sisteminin inkişafına təkan verəcək.  

Görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim