AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Litvada təlimə qatılıb

22.11.2018, 14:52

20-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının  dəstəyi” layihəsi çərçivəsində Litva Statistika İdarəsində statistikada keyfiyyətin idarə edilməsi məsələlərinə həsr olunmuş təlimdə iştirak edirlər. Təlimin əsas məqsədi keyfiyyəti idarəetmə sahəsində metaməlumatların, keyfiyyət məruzələrinin yazılması, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM) tətbiqi, DESAP özünüqiymətləndirmə anketinin və İSO 9001:2015 beynəlxalq standartının tətbiqi, daxili auditlərin aparılması, statistik istehsal proseslərinin idarə edilməsi, statistik təsnifatlar sistemi, eləcə də rəsmi statistika məqsədləri üçün inzibati mənbələrdən toplanan məlumatların keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı Litva Statistika İdarəsinin təcrübəsinin öyrənilməsindən ibarətdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim