AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

13.12.2018, 17:28

Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov  ilk öncə Şura üzvlərini salamlayaraq, iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədi ilə Dövlət Başçısı cənab İlham Əliyevin 14 fevral 2018-ci il tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib və  uğurla icra olunur. Bununla yanaşı, 1-10 oktyabr 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasından danışan Komitə sədri qeyd edib ki, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması müvəffəqiyyətlə baş tutub. Sınaq siyahıyaalınması zamanı Dövlət Statistika Komitəsi tərəfindən  hazırlanmış 50-yə yaxın metodoloji və köməkçi sənədlər uğurla sınaqdan keçirilib.

Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə icrası 2019-cu ildə nəzərdə tutulan tədbirlərlə bağlı, Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev isə cari ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda keçirilmiş əhalinin sınaq siyahıyaalınmasının yekunları haqqında məlumat veriblər.

Müzakirələrlə davam edən şura iclasında mövzu ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.                                                                     

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim