AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndələri Malayziyada təlim səfərində olublar

21.12.2018, 10:49

18-21 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Malayziya Statistika Departamentində təlim səfərində olublar. Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi statistikada institusional islahatların aparılması, statistik istehsal prosesinin standartlaşdırılması, inzibati məlumat mənbələrindən və “İrihəcmli məlumatlar”dan istifadəsi sahəsində kadr potensialının gücləndirilməsi, statistik məlumatların hazırlanmasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Malayziya təcrübəsinin öyrənilməsidir.

Təlim səfərində Malayziya Statistika Departamentinin 5 illik islahatlar paketi, o cümlədən strateji və fəaliyyət planları, informasiya və kommunikasiya texnologiyalarının inkişafı planı, kadr potensialının gücləndirilməsi məqsədilə tətbiq edilən təlim modulları, habelə statistikanın ayrı-ayrı sahələri üzrə əldə edilmiş son nailiyyətlər haqqında Malayziyalı mütəxəssislər tərəfindən ətraflı məlumat verilib. Eyni zamanda Azərbaycan və Malayziyanın statistika qurumları arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. Azərbaycanın statistika sistemində son illər həyata keçirilmiş islahatlardan da bəhs olunub. Qeyd edilib ki, Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi” çərçivəsində baş tutan səfər nəticəsində əldə ediləcək təcrübədən bu sahədə islahatların davam etdirilməsi üçün beynəlxalq ekspertlər də cəlb olunmaqla hazırlanacaq yeni strategiya və fəaliyyət planlarının tərtib olunması prosesində istifadə ediləcək. 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim