AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

19.02.2019, 12:36

Fevralın 19-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb.

Görüşdə 2019-cu ildə UNİCEF tərəfindən ölkəmizdə həyata keçirilməsi planlaşdırılan əməkdaşlıq proqramı və Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında iki tərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub.

Qonağı salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl islahatların nəticəsi olaraq əldə olunan yüksək iqtisadi artımın özünü statistik göstəricilərdə göstərdiyini diqqətə çatdırıb. Komitə sədri milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və uğurla icra edilən layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illəri əhatə edən dövr üçün birgə İş Planı” imzalanıb.

BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi görüşə görə təşəkkürünü bildirib. Qeyd edib ki, UNİCEF  Azərbaycanın dövlət qurumları, həmçinin Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq edir. Edvard Karvardin Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edib.    

Görüşdə  Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim