Cenevrədə ekologiya statistikasına dair beynəlxalq tədbir keçirilir
6-8 may 2019-cu il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 21-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.
Sessiyada müntəzəm ekoloji qiymətləndirmə prosesinin dəstəklənməsi üçün Ekoloji İnformasiyanın Birgə Sistemi üzrə hesabatvermə, Ekoloji İnformasiyanın Birgə Sisteminin dəstəyi ilə ətraf mühitin vəziyyətinə dair müntəzəm panAvropa ekoloji qiymətləndirməsi və müntəzəm hesabatvermənin səmərəliləşdirilməsi, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin həyata keçirilməsi ilə bağlı iqtisadi, sosial və ekoloji məlumatların birgə istifadəsi və inteqrasiyası, ekologiya statistikası və göstəricilərinə dair informasiya və vəsaitlər, milli səviyyədə institusional və tənzimləyici mexanizm və infrastrukturlar daxil olmaqla ətraf mühitin monitorinqi və qiymətləndirilməsi sahəsindəki nailiyyətlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.