AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreyada təşkil edilən təlimə qatılıblar

24.07.2019, 14:01

21 iyul - 3 avqust 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Koreya Respublikasının Dayjon şəhərində “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə təlimə qatılıblar.

Tədbir Koreya Statistika Komitəsi tərəfindən Dövlət Statistika Komitəsinin demoqrafiya və sosial statistika sahəsində kadr potensialının artırılması, işçilərin bilik və məlumatlılığının yüksəlməsi məqsədilə təşkil olunur. Təlimdə doğum, ölüm (həmçinin ölüm səbəbləri), nikah və boşanma, miqrasiya, fasiləsiz təhsil və s. kimi məsələlər nəzərdən keçiriləcəkdir. Həmçinin inzibati məlumat bazasının işlənməsi, keyfiyyətinin idarə edilməsi və istifadəsi, əhalinin sayının proqnozlaşdırılması və digər məsələlər müzakirə olunacaq.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin mütəxəssisləri "Azərbaycanda demoqrafik statistika" mövzusunda, demoqrafiya və sosial statistika sahələrində ölkəmizdə əldə olunmuş nailiyyətlər, planlaşdırılan layihələr haqqında təqdimatla çıxış edəcək, təcrübələrini bölüşəcəklər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim