AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Tbilisidə təşkil edilən konfransda təmsil olunur

25.07.2019, 14:30

25-26 iyul 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Gürcüstan Milli Statistika İdarəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun birgə əməkdaşlığı ilə Tbilisi şəhərində təşkil edilmiş Gürcüstan statistikasının yaradılmasının 100-cü ildönümünə və gender statistikası üzrə məlumatların toplanılmasının 20-ci ilinə həsr olunmuş “Gender statistikası: problemlər və imkanlar” üzrə beynəlxalq konfransda iştirak edirlər.

Tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin gender bölgüsündə işlənilməsi, gender məlumatları üzrə boşluqların aradan qaldırılması, keyfiyyətli və müqayisəli məlumatların əldə edilməsinin təmin edilməsi, gender üzrə rəsmi statistika məlumatlarının yayılması və əlaqələndirilməsinin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasında ən qabaqcıl təcrübələrlə tanış olmaq və müzakirələr aparmaqdan ibarətdir.

Konfransda iştirakçı ölkələrin nümayəndələri tərəfindən bir sıra mövzularda məruzələr təqdim edilib. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinın nümayəndə heyətinin rəhbəri Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov tərəfindən “Azərbaycan Respublikasında gender statistikasına dair məlumatların istehsalı və yayımlanması” adlı təqdimatla ölkədə gender statistikasının təşkili, məlumat mənbələri, gender üzrə rəsmi statistika məlumatlarının yayılması və əlaqələndirilməsi, istifadəçi məmnunluğu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin gender bölgüsündə işlənilməsinin ölkə üçün prioritet məsələ olduğu barədə geniş məlumat verilib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim