AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Kişineuda keçirilən beynəlxalq tədbirdə iştirak edir

24.09.2019, 17:08

2019-cu il 24-26 sentyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün “Statistik əməkdaşlıqda növbəti addım” mövzusunda Yüksək Səviyyəli Seminar keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Tədbirdə Avropa İqtisadi Komissiyasının “Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi üzrə maliyyə, iqtisadi və texniki məsələlərə dair hesabata baxılacaq. Həmçinin, Avropa Statistika Bürosunun, Avropa Azad Ticarət Assosiasiyasının, BMT-nin Avropa İqtisadi Komissiyasının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə statistik əməkdaşlıq üzrə fəaliyyətləri, statistika sistemində aparılan qlobal qiymətləndirmələr, “Rəsmi statistika haqqında” model qanun, eləcə də BMT-nin Avropa Statistikləri Konfransının əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə tövsiyələri, rəsmi statistika məlumatlarının keyfiyyətinin təmin edilməsi ilə bağlı tətbiq edilən yeni texnologiyalar və irihəcmli məlumatlarla bağlı məsələlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə əlaqədar görülmüş son işlər müzakirə olunacaq.

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim