AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin statistik vahidlərə müraciəti

02.04.2020, 09:50

Hörmətli sahibkarlar, müəssisə və təşkilatların rəhbərləri!

Məlumunuz olduğu kimi, dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Hazırkı məqamda dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddət ərzində, lakin aprel ayının 7-dən gec olmayaraq xüsusi karantin rejiminin tələblərini pozmadan onlayn rejimdə Dövlət Statistika Komitəsinə təqdim edilməsini Sizdən xahiş edirik.

Bu xahişimizə müsbət yanaşacağınıza inanır və hər birinizə əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.

 

Azərbaycan Respublikasının

   Dövlət Statistika Komitəsi    

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim