AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi yeni Tvinniq layihəsinə başlayıb

29.09.2020, 14:35

2020-ci il 29 sentyabr tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin rəsmi açılış tədbiri videokonfrans formatında keçirilib.

Layihə Finlandiya Statistika İdarəsi (konsorsium rəhbəri), Litva Statistika Departamenti və Niderland Mərkəzi Statistika Bürosundan ibarət konsorsium tərəfindən həyata keçirilir. Əsas benefisiar təşkilatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.

17 ay davam edəcək bu Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycanda özəl sektorun/kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasından ibarətdir. Layihə çərçivəsində statistik biznes reyestrlərini təkmilləşdirmək və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikasının metodologiyasını Aİ standartlarına uyğunlaşdırmaq məqsədilə Dövlət Statistika Komitəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialının artırılmasını hədəfləyən missiyaların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim