AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin kollektivi müzəffər ordumuza sovqat göndərib

15.10.2020, 15:24

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan şanlı ordumuza dəstək aksiyasına qoşularaq Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına sovqat göndərib.

Qeyd edək ki, ötən ay Komitə rəhbərliyi 1 aylıq vəzifə maaşını Silahlı Qüvvələrə Yardım Fondununa köçürmüşdür.

Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi məğrur Azərbaycan Ordusuna bu haqq-ədalət savaşında sonsuz uğurlar və möhtəşəm qələbə arzulayır.

İgid əsgər, Qələbə sənindir! Qarabağ Azərbaycandır!

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim