Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
Martın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.