AZ    EN
logo

Taxıl biçininin gedişi barədə

20.08.2021, 12:00

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2021-ci il avqust ayının  17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 3057,1 min ton məhsul toplanmış, məhsuldarlıq 31,8 sentnerə bərabər olmuşdur. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 27 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,0 sentner), Sabirabad (müvafiq olaraq 41,9), Tərtər (40,9), Saatlı (40,8), Ağdam (40,2), Salyan (39,9), İmişli (39,3), Ağcabədi (39,3), Samux (37,4) və Tovuz (37,2) rayonlarında olmuşdur.     

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton), Kürdəmir (136,3 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,6 min ton), Ağsu (115,9 min ton), İsmayıllı (107,5 min ton) və Sabirabad (106,1 min ton)  rayonlarında müşahidə olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (daxili: 22-40)          

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim