Əsas kapitala yönəldilmiş vəsait haqqında
2021-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8259,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 5657,0 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı sahələrinə, 1993,0 milyon manatı (24,1 faizi) xidmət sahələrinə, 609,4 milyon manatı (7,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5335,0 milyon manatını və ya 64,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5514,6 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,0 faiz, büdcə vəsaitləri 20,8 faiz, bank kreditləri 5,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər isə 7,7 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)