Əsas kapitala yönəldilmiş vəsait haqqında
2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7020,0 milyon manatını və ya 66,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7031,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1 faiz, büdcə vəsaitləri 24,1 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,3 faiz, bank kreditləri isə 6,1 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)