2022-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı
2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.
ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olmuşdur.
Əlaqə nömrəsi: 377 10 70 (22-15)