AZ    EN
logo

Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında

29.04.2022, 12:00

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 72,0 min işə baxılmışdır ki, bu da 2020-ci ilin göstəricisindən 2,8 faiz azdır. Onların 50,0 faizi idarəçilik qaydaları, 7,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 6,7 faizi yol hərəkəti qaydaları, 4,2 faizi mülkiyyət, 3,7 faizi sağlamlıq, 2,3 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları, 1,4 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları, 0,9 faizi iqtisadi fəaliyyət qaydaları, 0,7 faizi hərbi xidmət əleyhinə olan,   3,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur. 

2021-ci ildə baxılmış işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 25,5 faizinin icraatına xitam verilmiş, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-70)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim