AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Ulu Öndər H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib

10.05.2022, 13:00

Mayın 10-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxışlar edilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.  Eyni zamanda qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək ölkəmizin güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə ugurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edilərək ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsi, dövlətimizin daha da qüdrətlənməsi xüsusi vurğulanıb. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident Ali Baş Komandan İlham Əliyev 19 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə uğurlar əldə etmişdir. Onun rəhbərliyi ilə müzəffər ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdiyi, ərazi bütövlüyümüz bərpa olunduğu bildirilmiş, son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər sərkərdə olduğu nəzərə çatdırılıb.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş Dövlət Statistika Komitəsi aparatının bir qrup əməkdaşına üzvlük vəsiqələri təqdim edilib, Heydər Əliyevin əziz xatirəsinə həsr olunan Komitə gəncləri arasında keçirilmiş şahmat üzrə idman turnirinin qalibləri mükafatlandırılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim