2022-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2022-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2557,7 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 6,3 faiz artım müşahidə olunmuşdur. Yüklərin 6115,1 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)