AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

16.05.2022, 12:00

2022-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3678,0 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 2077,5 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə, 1370,3 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 230,2 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2689,6 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2725,4 milyon manatı və ya 74,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, büdcə vəsaitləri 34,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, sair vəsaitlər 4,2 faiz, bank kreditləri isə 1,6 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-10)  

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim