Əsas kapitala yönəldilmiş vəsait haqqında
2022-ci ilin yanvar-may aylarında əsas kapitala 4915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 2829,6 milyon manatı və ya 57,6 faizi məhsul istehsalı sahələrinə, 1799,0 milyon manatı (36,6 faizi) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3534,4 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 34,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər 5,1 faiz, bank kreditləri isə 1,7 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-10)