“İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Statistika Komitəsinin aparatında və rayon (şəhər) statistika idarələrində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə silsilə tədbirlər keçirilmişdir
“İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Statistika Komitəsinin aparatında və rayon (şəhər) statistika idarələrində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə silsilə tədbirlər keçirilmişdir. Hüquqi maarifləndirmə tədbirləri “İnsan hüquqlarının inkişaf tarixi”, “Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı” və “İnsan hüquqlarının təmin edilməsi ilə bağlı statistika” mövzularını əhatə etmişdir.
Keçirilmiş tədbirlər çərçivəsində insan hüquqları ilə bağlı müxtəlif mövzular üzrə hazırlanmış materiallar iştirakçılara təqdim edilmiş və onlara insan hüquqlarının inkişaf tarixi, eləcə də Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı, insan hüquqlarının təmin edilməsi sahəsində statistikanın əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasında insan hüquqlarına hörmət və qanunun aliliyinin təmin edilməsinə hərtərəfli önəm verildiyi xüsusi qeyd olunmuş, insan hüquq və azadlıqlarının milli preventiv (müdafiə) mexanizmi kimi Ombudsman institutunun insan hüquqları sahəsində müstəsna əhəmiyyəti vurğulanmışdır. İnsan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi, universal və regional səviyyəli əməkdaşlıqların, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətlərində dövlətimizə verilə biləcək tövhələr müzakirə olunmuşdur.