Xarici ticarət əlaqələri haqqında
2022-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 146 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 21348,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 16212,6 milyon dollarını və ya 75,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5135,6 milyon dollarını (24,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 11077,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10,0 faiz artmışdır. İxrac real ifadədə 17,6 faiz artmış, idxal isə 3,4 faiz azalmışdır
2022-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 11,9 faizi Türkiyə, 6,0 faizi Rusiya, hər biri 4,2 faiz olmaqla Hindistan və İsrail, 3,8 faizi Çin, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,4 faiz olmaqla Almaniya və Yunanıstan, hər biri 2,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 1,9 faizi Gürcüstan, 1,5 faizi İspaniya, hər biri 1,3 faiz olmaqla Tunis və Tailand, 1,2 faizi Qazaxıstan, 1,0 faizi İran, 12,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 49,1 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 5,6 faizini İsrailə, 5,2 faizini Hindistana, hər biri 3,1 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,8 faizini Portuqaliyaya, 2,3 faizini Gürcüstana, 2,1 faizini Ukraynaya, hər biri 1,8 faiz olmaqla Tunis, Almaniya, Rusiya və İspaniyaya, 1,5 faizini Tailanda, 1,1 faizini Çexiyaya, 0,9 faizini İsveçrəyə, hər biri 0,8 faiz olmaqla Rumıniya və Vyetnama, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,8 faiz), Rusiyaya (22,2 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,6 faiz), ABŞ-a (3,7 faiz), İtaliyaya (2,9 faiz), Niderlanda (2,2 faiz), Hindistana (1,7 faiz), Braziliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Özbəkistana (1,5 faiz), Rumıniyaya (1,2 faiz), Belarusa (1,2 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,9 faizi Rusiya, 16,6 faizi Türkiyə, 14,9 faizi Çin, 4,5 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,5 faizi İran, 2,7 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,2 faizi Ukrayna, 1,9 faizi Türkmənistan, 1,8 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Birləşmiş Krallıq, Yaponiya və Fransa, 1,4 faizi Hindistan, 1,0 faizi İndoneziya, hər biri 0,9 faiz olmaqla Belarus və Özbəkistan, 17,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 2,9 dəfə, çay – 84,0 faiz, mineral gübrələr – 7,1 dəfə, emal 3 olunmamış alüminium – 83,6 faiz, qara metallardan çubuqlar – 72,2 faiz, qara metallardan borular – 12,7 faiz, sement klinkerləri – 10,6 faiz, bentonit gili – 13,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, təzə tərəvəz – 0,2 faiz, kartof – 33,4 faiz, şəkər – 54,4 faiz, bitki yağları – 32,6 faiz, meyvə və tərəvəz şirələri – 16,7 faiz, meyvə və tərəvəz konservləri – 19,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 29,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 58,4 faiz, pambıq lifi – 27,4 faiz, polietilen – 17,9 faiz, polipropilen – 23,8 faiz, pambıq ipliyi – 18,6 faiz, qara metallardan yarımfabrikatlar – 19,8 faiz azalmışdır.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2022-ci ilin yanvar-may aylarında bitki yağları idxalı 12,1 faiz, təzə meyvə – 8,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,7 faiz, unlu qənnadı məmulatları – 14,6 faiz, kartof – 6,2 faiz, çay - 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, dərman vasitələri – 29,4 faiz, polad prokatı – 10,3 faiz, avtobuslar – 5,7 dəfə, qara metallardan çubuqlar – 23,7 faiz, sintetik yuyucu vasitələr – 5,0 faiz, məişət kondisionerləri – 17,9 faiz, mebellər – 2,7 faiz, polietilen – 81,8 faiz, sement – 49,9 faiz artmış, buğda idxalı isə 9,7 faiz, xam şəkər – 14,1 faiz, şokolad və şokolad məhsulları – 5,4 faiz, təzə tərəvəz – 30,4 faiz, mal əti – 63,0 faiz, siqaretlər – 86,8 faiz, minik avtomobilləri – 8,4 faiz, qara metallardan borular – 11,5 faiz, hesablama maşınları, blok və qurğuları – 14,3 faiz, yük avtomobilləri – 19,0 faiz, rezin şinlər – 4,1 faiz, mineral gübrələr – 66,5 faiz, paltaryuyan maşınlar – 25,8 faiz, polipropilen – 0,1 faiz, qara metallardan künclüklər – 17,0 faiz, məişət soyuducuları – 44,9 faiz azalmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)