AZ    EN
logo

2022-ci ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında

09.08.2022, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artmışdır.

Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,0 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 63,9 faiz, mebel istehsalı 56,5 faiz, geyim istehsalı 52,0 faiz, maşın və avadanlıqların istehsalı 39,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, hazır metal məmulatlarının istehsalı 32,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,4 faiz, poliqrafiya məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 24,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,2 faiz, kağız və karton istehsalı 16,7 faiz, qida məhsullarının istehsalı 11,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artmış, tütün məmulatlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 6,9 faiz, neft məhsullarının istehsalı 11,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,6 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 faiz artmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-10) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim