AZ    EN
logo

2022-ci ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

09.08.2022, 12:00

2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olmuşdur.

Əlaqə nömrəsi: 377 10 70 (22-15)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim