AZ    EN
logo

2022-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında

17.08.2022, 12:00

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20406,3 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunmuş, 2,0 faizi itkiyə getmiş, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 37,1 faizi isə əhaliyə satılmışdır.

2022-ci ilin yanvar-iyun aylarında 11350,3 milyon kub metr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2404,0 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak edilmiş, onun 38,0 faizi Bakı şəhərinin,  3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 10,9 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,7 faizi Mərkəzi Aran,  5,7 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,5 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,7 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.

Əlaqə telefonu:  377 10 70 (22-24) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim