2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olmuşdur. Onlardan 599-u həlak olmuş, 1099-u isə yaralanmışdır. Hadisələrin 47,1 faizi gündüz, 38,6 faizi gecə, 14,3 faizi isə toran vaxtı baş vermiş, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olmuşdur.
Göstəricinin adı | 2022-ci ilin yanvar-sentyabr aylarında | 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1259 | 107,5 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 198 | 140,4 |
yaşayış məntəqələrində | 1061 | 103,0 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 593 | 121,5 |
toran vaxtı | 180 | 83,7 |
gecə vaxtı | 486 | 103,8 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1198 | 108,9 |
digər (yaş, buz və s.) | 61 | 85,9 |
Zərərçəkənlərin sayı, nəfər | 1698 | 109,8 |
həlak olanlar | 599 | 118,8 |
yaralananlar | 1099 | 105,4 |
Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil etmişdir.
Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)