AZ    EN
logo

2022-ci ildə sənaye istehsalı haqqında

17.01.2023, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86,0 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artmışdır.

Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artmışdır.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 93,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68,0 faiz, maşın və avadanlıqların istehsalı 58,8 faiz, geyim istehsalı 46,2 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, mebel istehsalı 25,8 faiz, elektrik avadanlıqlarının istehsalı 25,6 faiz, hazır metal məmulatlarının istehsalı 17,7 faiz, kağız və karton istehsalı 16,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,4 faiz, tikinti materiallarının istehsalı 12,6 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 7,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,3 faiz  artmış, içkilərin istehsalı 4,0 faiz, neft məhsullarının istehsalı 4,2 faiz, əczaçılıq məhsullarının istehsalı 5,2 faiz, tütün məmulatlarının istehsalı 12,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,4 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim