2022-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olmuşdur. Onlardan 834-ü həlak olmuş, 1456-sı isə yaralanmışdır. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş vermiş, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olmuşdur.
Göstəricinin adı | 2022-ci il | 2021-ci ilə nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1668 | 101,2 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 257 | 141,2 |
yaşayış məntəqələrində | 1411 | 96,2 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 750 | 108,1 |
toran vaxtı | 286 | 84,6 |
gecə vaxtı | 632 | 102,4 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1576 | 101,9 |
digər (yaş, buz və s.) | 92 | 90,2 |
Zərərçəkənlərin sayı, nəfər | 2290 | 106,1 |
həlak olanlar | 834 | 118,1 |
yaralananlar | 1456 | 100,3 |
Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)