AZ    EN
logo

2023-cü ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında

14.03.2023, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında 12,7 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artmışdır.

Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 21,5 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artmışdır.

Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 67,1 faiz, əczaçılıq məhsullarının istehsalı 59,4 faiz, kağız və karton istehsalı 46,4 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, tütün məmulatlarının istehsalı 34,7 faiz, elektrik avadanlıqlarının istehsalı 25,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,9 faiz, içkilərin istehsalı 17,9 faiz, geyim istehsalı 17,3 faiz, qida məhsullarının istehsalı 12,7 faiz, maşın və avadanlıqların istehsalı 10,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,9 faiz artmış, mebel istehsalı 1,3 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 6,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 17,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 35,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 54,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim