AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros arasında görüş keçirilib

31.03.2023, 16:26

Martın 31-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queirosla görüşüb.

Görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə BMT qurumları arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunmuş, bu əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi hesabına Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının yaradılmasının önəmi vurğulanmışdır. UNDP-nin ölkəmizdəki hazırkı fəaliyyətinin Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında həyata keçirildiyi və  ölkəmizin artan ehtiyaclarına uyğun olaraq uzunmüddətli sosial-iqtisadi inkişaf məsələlərinə yönəldildiyi qeyd olunmuşdur.

UNDP-nin rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirib. UNDP-nin Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim