AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

14.04.2023, 12:00

2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 3523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 1941,3 milyon manatı və ya 55,1 faizi məhsul istehsalı sahələrinə, 1396,5 milyon manatı (39,6 faizi) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 faiz, büdcə vəsaitləri 39,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,1 faiz, sair vəsaitlər isə 4,7 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim