Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzini ziyarət edib
Aprelin 14-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzini ziyarət edib. “Heydər Əliyev İli" çərçivəsində baş tutan bu gəzintinin əsas məqsədi gənclərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq olmuşdur.
Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib və hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində təqdim olunub.
Bundan əlavə, Ulu Öndərin hərbi və mülki geyimləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medalların da ekspozisiyanın ən qiymətli nümunələri kimi qorunub saxlanıldığı bildirilib.
Gəzinti zamanı gənclər bələdçi ilə birlikdə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar və Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ulu Öndər Heydər Əliyevin həyatı haqqında maraqlı faktları dərindən öyrəniblər.