AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk arasında görüş keçirilib

02.05.2023, 10:00

Mayın 2-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüt Selçuk ilə görüşüb.

Görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə SESRİC arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, SESRİC-in İƏT-ə üzv ölkələr üçün həyata keçirdiyi Statistik Potensialın Artırılması Proqramı (StatCaB) çərçivəsində üzv ölkələrin statistika qurumlarının əməkdaşları üçün rəsmi statistikanın bir sıra sahələri üzrə qısamüddətli treninq proqramlarının təşkil olunduğu və bu proqram əsasında Komitə əməkdaşlarının statistik məlumatların yayılması, metaməlumatlar, statistik istehsal proseslərinin idarə olunması, rəsmi statistika istehsalında informasiya texnologiyalarından istifadə edilməsi və s. istiqamətlərdə Türkiyə təcrübəsindən yararlandıqları, eyni zamanda informasiya cəmiyyəti, əmək statistikası və keyfiyyətin idarə olunması sistemi ilə bağlı digər üzv ölkələrin statistika qurumlarının əməkdaşları üçün təşkil olunmuş treninqlərdə təlimçi qismində iştirak etdikləri vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ilə iki qurum arasında əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub. Vurğulanıb ki, Memorandumun icrası Azərbaycan Respublikasının rəsmi statistika sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsinə, statistik məlumatların mübadiləsi, təlim səfərləri və seminarlar vasitəsilə statistik potensialın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir. 

SESRIC-in Baş direktoru xanım Zehra Zümrüt Selçuk səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirərək, Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu, SESRIC tərəfindən təşkil olunan tədbirlərdə Komitənin aktiv fəaliyyətindən məmnunluğunu ifadə edib, sözügedən Memorandum çərçivəsində bundan sonra da müvafiq zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim