AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

11.05.2023, 12:00

2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4580,0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 2620,2 milyon manatı və ya 57,2 faizi məhsul istehsalı sahələrinə, 1702,5 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3344,0 milyon manatını və ya 73,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3252,0 milyon manatı və ya 71,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 faiz, büdcə vəsaitləri 36,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, bank kreditləri 3,7 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim