2023-cü ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2023-cü ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olmuşdur. Onlardan 173-ü həlak olmuş, 326-sı isə yaralanmışdır. Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş vermiş, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olmuşdur.
Göstəricinin adı | 2023-cü ilin yanvar-mart aylarında | 2022-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 370 | 91,8 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 39 | 60,9 |
yaşayış məntəqələrində | 331 | 97,6 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 173 | 87,8 |
toran vaxtı | 79 | 121,5 |
gecə vaxtı | 118 | 83,7 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 345 | 95,0 |
digər (yaş, buz və s.) | 25 | 62,5 |
Zərərçəkənlərin sayı, nəfər | 499 | 89,7 |
həlak olanlar | 173 | 94,5 |
yaralananlar | 326 | 87,4 |
Bütün yol-nəqliyyat hadisələrinin 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,0 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)