AZ    EN
logo
image

Qazaxıstan Respublikasında “Əhalinin siyahıyaalınması: çağırışlar və imkanlar” beynəlxalq forumu və MDB-yə üzv dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 66-cı iclası keçirilib

24.05.2023, 12:30

2023-cü ilin 22-24 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosu və BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə “Əhalinin siyahıyaalınması: çağırışlar və imkanlar” beynəlxalq forumu və MDB-yə üzv olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 66-cı iclası keçirilib. Forumda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Əhali statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov, Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin sektor müdiri Nailə Verdiyeva iştirak edib.

Foruma BMT-nin Əhali Fondunun, Avropa İqtisadi Komissiyasının, MDB Dövlətlərarası Statistika Komitəsinin, Parlamentlərarası Assambleyasının, milli statistika xidmətlərinin və siyahıyaalma məlumatlarının əsas istifadəçiləri olan dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər olmaqla ümumilikdə 150 iştirakçı qatılıb. 

Forumun məqsədi MDB ölkələrində əhalinin siyahıyaalınmasının 2020-ci il mərhələsi çərçivəsində görülmüş işlər, bu sahədə təcrübələrin bölüşülməsi, eləcə də siyahıyaalmanın ən mühüm məlumat mənbəyi kimi milli səviyyədə dayanıqlı inkişafa nail olunmasının monitorinqi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş proqramların planlaşdırılması, layiqli əməyin təmin edilməsi, səhiyyə, təhsil, sosial xidmətlərin inkişafı üçün əhəmiyyətinin müzakirə edilməsindən ibarət olmuşdur.

Yusif Yusifovun qatıldığı MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 66-cı iclasında “MDB statistikasının inkişafı” layihəsinin icrası ilə bağlı işlərin gedişatı, MDB ölkələrinin nümayəndələri üçün Rusiya Federasiyasının büdcəsi hesabına ali təhsil müəssisələrində statistika ixtisası üzrə kadr hazırlığı üçün kvotaların ayrılması, 2023-2024-cü illərdə təşkil olunacaq statistika istehsalçıları və istifadəçilərinin beynəlxalq forumuna və statistika üzrə beynəlxalq seminarlara hazırlıq, cari ildə keçirilmiş beynəlxalq statistik olimpiadanın nəticələri, MDB regionunda valyutaların alıcılıq qabiliyyəti paritetinə əsaslanan Qlobal Beynəlxalq Müqayisələr Proqramı üzrə görülmüş işlər, BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə, Şuranın və MDB Dövlətlərarası Statistika Komitəsinin ötən ildə gördüyü işlər və s. məsələlər müzakirə olunaraq qərarlar qəbul olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim