Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinə, 2426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5048,7 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 33,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 7,0 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)