Taxıl biçininin gedişi barədə
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2023-cü il avqust ayının 15-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930,0 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 2915,3 min ton məhsul toplanmış, məhsuldarlıq 32,0 sentnerə bərabər olmuşdur. Məhsulun 1828,6 min tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.
Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 31 rayonda və Naxçıvan Muxtar Respublikasında biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq olaraq 45,3), Bərdə (44,8), Tərtər (43,5), Sabirabad (42,9), Salyan (41,9), Ağdam (41,3), Saatlı (40,9), İmişli (39,6), Tovuz (39,6) və Samux (39,5) rayonlarında olmuşdur.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118,0 min ton), Hacıqabul (107,0 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93,0 min ton) rayonlarında müşahidə olunmuşdur.
Əlaqə telefonu: 377 10 70 (22-40)