Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar-avqust aylarında əsas kapitala 10864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 6199,6 milyon manatı və ya 57,1 faizi məhsul istehsalı sahələrinə, 4116,1 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 549,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8336,5 milyon manatını və ya 76,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7928,4 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 39,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 2,8 faiz, sair vəsaitlər isə 5,3 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)