BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun İdarəetmə Şurasının 19-cu sessiyası və Asiya və Sakit okean ölkələrinin milli statistika qurumları rəhbərlərinin 18-ci idarəetmə seminarı keçirilib
2023-cü ilin 13-15 dekabr tarixlərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu (SİAP) tərəfindən Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində İnstitutun İdarəetmə Şurasının 19-cu sessiyası və Asiya və Sakit okean ölkələrinin milli statistika qurumları rəhbərlərinin 18-ci idarəetmə seminarı keçirilib.
Şuranın sessiyasında SİAP direktorunun İnstitutun 2023-cü il üzrə fəaliyyəti və maliyyə vəziyyəti barədə məruzəsi, 2024-cü il üzrə fəaliyyət proqramı və maliyyə planı, habelə 2025-2029-cu illər üzrə strateji planın formalaşdırılmasına dair məsələlər müzakirə olunub. İdarəetmə seminarı isə milli statistika qurumları rəhbərlərinin idarəetmə və liderlik bacarıqlarının gücləndirilməsinə həsr olunub və başlıca olaraq rəsmi statistikanın əsas prinsipləri mövzusunu əhatə edib.
Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov təmsil edib.