2023-cü ildə sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artmışdır.
Sənaye məhsulunun 67,4 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdır.
Emal sektorunda maşın və avadanlıqların istehsalı 77,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 faiz, tikinti materiallarının istehsalı 31,8 faiz, hazır metal məmulatlarının istehsalı 30,1 faiz, içkilərin istehsalı 23,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,5 faiz, elektrik avadanlıqlarının istehsalı 16,2 faiz, tütün məmulatlarının istehsalı 12,8 faiz, kağız və karton istehsalı 12,3 faiz, mebel istehsalı 10,5 faiz, qida məhsullarının istehsalı 9,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 8,8 faiz, neft məhsullarının istehsalı 7,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,9 faiz, poliqrafiya məhsullarının istehsalı 6,1 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 4,1 faiz, əczaçılıq məhsullarının istehsalı 9,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 11,9 faiz, sair sənaye məhsullarının istehsalı 12,2 faiz, geyim istehsalı 15,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,5 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)