AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

13.02.2024, 12:00

2024-cü ilin yanvar ayında əsas kapitala 1553,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5 faizi məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4 faizi) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1167,7 milyon manatı və ya 75,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim