AZ    EN
logo

Demoqrafiya və Sağlamlıq Sorğusu

24.06.2008

2008-ci ilin iyun ayının 24-də Dövlət Statistika Komitəsində Səhiyyə Nazirliyinin iştirakı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin Uşaq Fondunun dəstəyi ilə ölkə ərazisində aparılmış "Demoqrafiya və Sağlamlıq Sorğusu"nun nəticələrinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində ABŞ-ın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri xanım Anne Derse, Nazirlər Kabinetinin şöbə müdiri cənab İsmayıl Sadıqov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Bruno Pouezat, YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin Başçısı xanım Hanaa Singer və digər Beynəlxalq Təşkilatların və müvafiq nazirlik və komitələrin nümayəndələri iştirak etmişdilər.
Sorğunun nəticələri ölkə və iqtisadi rayonlar üzrə müxtəlif demoqrafiya və sağlamlıq göstəricilərinin qiymətləndirilməsinə şərait yaradır. "Demoqrafiya və Sağlamlıq Sorğusu" Azərbaycan əhalisinin sağlamlığının daha da yaxşılaşdırılması məqsədilə yeni strategiyanın işlənib hazırlanmasında əhəmiyyətli rol oynaya bilər. Eyni zamanda, sorğunun yekunları demoqrafiya və sağlamlıqla bağlı göstəricilərin məlumat bazasının daha da zənginləşdirilməsinə imkan verəcəkdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim